lirik lagu nəbz – promete
[bənd 1] [promete]
kimsə dinləyəndə deyəcək ki, fake guitar
mənim üçün isə əsas odur ki, bu musiqidə ruh var
çoxdandır yazmıram qələmlə vərəqdə
amma bu o demək deyil ki, azalıb səbəblər
dostlarım uzaqlarda * ankara, oslo, milan
bakının küləkli havası bezdirir yaman
qırıq mənalarla, toplayıram sətirlər
amma ki, bütün fikirlərim dağılır bir ətirlə
o sənin əlindən əlimə keçən iy
səninlə əl*ələ gəzərdim çox küçəni
amma ki, bakı küləyi dağıdır saçını
səni qorumaqdır ömürlük seçimim
[nəqərat] [promete, günəş]
demədiyim şeylər var sözlərlə
sən tut əlimdən, bax gözümə
cümlələr olur dar, sözlər də
elə ki, nəfəsin dəyir üzümə
demədiyim şeylər var sözlərlə
sən tut əlimdən, bax gözümə
cümlələr olur dar, sözlər də
elə ki, nəfəsin dəyir üzümə
[bənd 2] [promete]
sənə günəş dedim, parıladın ömrümdə
amma ki, bir neçə il əvvəl, yadımdadır
ömrümdə yatsaydım, bəlkə də, yuxumda da görməzdim
yox, elə ancaq yuxularda görərdim mən bizi
əl*ələ gəzməyimizi, diz*dizə söhbətlərimizi
dodaqlar toxunardı, yuxudan oyanardım
kimsə deyib * bir yerdə olmaq soyudur sevgini
istəyərdim o adam dinləsin mənim nəbzimi
duyanda səsini, tutanda əlini
sığallayıb qucaqlayanda incə belini
qoxlamaq telini * dünyanın ən zövqlü işi
sanki, bütün problemlər sənsizlikdə ilişib
düzəlir hər bir işim, varsansa yanımda
yaşamı bağlamışam, tək sənin varlığına
mübahisələr, davalar, qısa müddətli ayrılıqlar
qalır arxada… günəşim, pıçılda
[nəqərat] [promete, günəş]
demədiyim şeylər var sözlərlə
sən tut əlimdən, bax gözümə
cümlələr olur dar, sözlər də
elə ki, nəfəsin dəyir üzümə
demədiyim şeylər var sözlərlə
sən tut əlimdən, bax gözümə
cümlələr olur dar, sözlər də
elə ki, nəfəsin dəyir üzümə
lirik lagu lainnya :
- kumpulan lirik lagu steff reed › lirik lagu armageddon – steff reed
- kumpulan lirik lagu foyone › lirik lagu el tercer gemelo – foyone
- kumpulan lirik lagu capitalswank800 › lirik lagu too much love / too lean – capitalswank800
- kumpulan lirik lagu sagaz › lirik lagu khali – sagaz
- kumpulan lirik lagu mastamiind › lirik lagu kill b – mastamiind
- kumpulan lirik lagu johnson ferry worship › lirik lagu come lord jesus – johnson ferry worship
- kumpulan lirik lagu rfbaby › lirik lagu on my own – rfbaby
- kumpulan lirik lagu evidence › lirik lagu all said & done (remix) – evidence
- kumpulan lirik lagu andre filho › lirik lagu isto é viver – andré filho
- kumpulan lirik lagu black party › lirik lagu home – black party