lirik lagu pıçıltı – promete
[skit]
* sən yuxulara inanırsan?
* niyə soruşdun ki?
* heç, elə*belə. gözünü yum…
* hə?
[bənd 1]
səni mənə göndərib yaradan
qadağan mənə təsirsiz
mənə təsir eləmir qadağan
sənin sevgin misilsiz!
sən mənə gərək
mən sənsiz sıfır!
gücümün tükənməzliyini hiss edirəm!
qanadsızsan, amma ki, mələk!
sevginin ölməzliyini hiss edirəm!
(hiss edirəm, hiss edirəm, hiss edirəm…)
daha küçəboyu qaranlıq yox!
hakim işıqlı fanarlar var, niyəsə
daha məni izləmir paranoyalar
qaranlıq məndən küsüb deyəsən?
buz kubu olan ürəy əriyib, vurur!
inam artıb işığa, günəşə
nəfəs aram*aram deyil, təng ahəngli
beyin tələsir görüşə (görüşə)
nə qəşəng, bu ağaclar çiçək də açarmış
mən görməmişdim, ya da almamışdı mənim fikrimi
hər əsən külək mənə gətirir ətrini
səsini eşitməyə ehtiyacım var!
məni buraxma! məni buraxma!
sən yaxında, sən uzaqda!
mənə yaxınlaş! məndən uzaqlaş!
hər sətirin başına “kaş” qoyub
keçmişi yada salmağa nə gərək?
sən yanımda, istiyirsənsə gəl 2013*ə gedək!
əlimi sıx, tərləsin donmuş barmaqlar!
sınmış dırnaqların gözümə sataşsın
şikayətlən əvvəlkitək
məni qucaqla!
məni buraxma! məni buraxma!
[nəqərat] [promete]
sən yaxında, sən uzaqda!
mənə yaxınlaş! məndən uzaqlaş!
səni sevdiyimi qulağına pıçıldayım
mənə sevginin izi dodaqda qalsın!
sən yaxında, sən uzaqda!
mənə yaxınlaş! məndən uzaqlaş!
səni sevdiyimi qulağına pıçıldayım
mənə sevginin izi dodaqda qalsın!
[bənd 2] [promete]
iz salsın cüt ayaqlar qar üstünə!
ya da qaçaq, gizlənək bloklardan birində, tüstüdən
istidən hələ heç kimə ziyan gəlməyib deyim sənə
sən də dön çəp*çəp bax mənə!
şirin*şirin dodağın sallansın
hələ də başa düşə bilmirəm?
mələksən, yoxsa insansan?!
axı belə sevə bilmir insanlar!
səni içərişəhərin dar küçələrində gəzdirim
sən mənim sevgilim!
əks versin səssizlikdə yumşaq səsin!
gülüşündən ürəyim titrəsin!
məni buraxma! məni buraxma!
sən yaxında, sən uzaqda!
məni buraxma! məni buraxma!
mənə yaxınlaş! məndən uzaqlaş!
[nəqərat] [promete]
sən yaxında, sən uzaqda!
mənə yaxınlaş! məndən uzaqlaş!
səni sevdiyimi qulağına pıçıldayım
mənə sevginin izi dodaqda qalsın!
sən yaxında, sən uzaqda!
mənə yaxınlaş! məndən uzaqlaş!
səni sevdiyimi qulağına pıçıldayım
mənə sevginin izi dodaqda qalsın!
[skit]
* üşümürsən?
* yox…
nə qədər acı olsa da bu belədir
hər şeyin başlanğıcı olduğu kimi, sonu da var…
lirik lagu lainnya :
- kumpulan lirik lagu saturdays at your place › lirik lagu first of all – saturdays at your place
- kumpulan lirik lagu anno zero › lirik lagu hear – anno zero
- kumpulan lirik lagu yxngxr1 › lirik lagu call me if u want – yxngxr1
- kumpulan lirik lagu serge reggiani › lirik lagu le régiment des mal-aimés – serge reggiani
- kumpulan lirik lagu sideshow › lirik lagu lunchin – sideshow
- kumpulan lirik lagu trueno › lirik lagu hood – trueno
- kumpulan lirik lagu j i the prince of n y › lirik lagu painful (intro) – j.i the prince of n.y
- kumpulan lirik lagu pixi › lirik lagu bloody masquerade – pixi
- kumpulan lirik lagu last dude xxxtentacion › lirik lagu run! – last-dude & xxxtentacion
- kumpulan lirik lagu slick pusha › lirik lagu allah – slick pusha