lirik lagu toxunulmaz status – promete
[bənd 1: uran]
ay mete, promete, gedirsən hara mete?
genişdir parametr. sayılmaz bekara metr
əvvəl sətir yazırdın, indi səs? davam edir?
rep hara gedib, de görüm, onu kim haram edib?
karamı gedib, yoxsa bekara, yoxsa çarə bitir?
çaya qənd atın, tünd çayla çoxdan aram itib
az şirin, yarım dilim limon, buna “varam” deyim
armudu, dərin, elə həmin rep xiridaram deyim
məqsəd*məramı deyimmi, əyimmi məna müstəvisin?
dərinə getməyək, bu dərinlik bəs eləsin
həbs eləsin, yoxsa azad etsin ilham pərisi? almışam hərisin…
o, nə hərləsin ki, xəzərdə birisi
rep dəlisi?! nə azzarlanır? hazırlayın mürəkkəb kağız!
haradandır söz bazası, qafiyə mağazası
proza, həmçinin intonasiya, boğaz olaraq
ümumiyyətlə bu adam haqda xırda*xuruş məlumatı yaz oraya!
sənə bir qovluq yetməz, qovluğu sayarsan onluqla
çünki istəsəm elə birləşdirərəm əvvəli sonluqla
axır axarla yeni dördlüyə keçər, mövzu bolluqda
apar tulla mc*ni, hansı qafiyə boğmur, boğ, tulla
zoğla birgə qopart səhnədən, repi dağıdanlar
dəmiri dartanlar, dartanyan və onun dostları
postların ban! party davam edir, halqada qal
pozitiv damlası ol, relsinə düş, dalğada qal!
[körpü: uran]
odda yanmaz, suda batmaz statusumuz var
status – gəmi. üzər, üzər, paylaşar uşaqlar
sətirlər təəssürat əksi, görürsən aynada
yaşa, sev, sev, yarat. başqa nə lazım dünyada?
[nəqarət]
hətərəm*pətərəm vurma sən
ala, rəqs elə, yerində durma sən. (×2)
[bənd 2: promete]
əvvəl sən var idin, mən var idim
səhnələr dar idi
mikrofonla səhnələrdə mc*lərlə həmkar idim
indi yenə də sən və mən varıq, qalanlar uzaqda
aradabir çıxıb yox olur mikrofonlu uşaqlar
uşaqlar, bəsdir də, açdınız müharibə
başlamağına başlayırsınız, biz dönürük qalibə
“qaliba”, sizi də orda qurdalayan var
yoxsa, dəstək itən kimi, it kimi ulamaz canavar
bil, bu rep sevir söz dolu olanı
qız kimi deyil ki, sevə pulu olanı
hamı deyir ki, mən repdə öz yolu olanam
ok, anladıq səni, bəs yol hanı?
çıxarıb qələmi, vərəqi qoyaram masanın üstünə mən
bu sürətdən sonra beynin tüstüləməsə və sən
üstümə dinləsən başqa track*ləri
get de – “uran, mete track yazdı, “maska” track*ləri
silin başqa track*ləri!”
[körpü: uran]
odda yanmaz, suda batmaz statusumuz var
status – gəmi. üzər, üzər, paylaşar uşaqlar
sətirlər təəssürat əksi, görürsən aynada
yaşa, sev, sev, yarat. başqa nə lazım dünyada?
[körpü: promete]
nə qədər qələm ələ gələ bilir
bizə var iş
hərdənbir mənə elə gəlir
bu, bir yarış
track buraxmayanda çoxu elə bilir
başa balış qoyub yatıb bu
rep yazarları, bu, bir yanlış
bu bazarın öz azarı, öz tələbi
yazmayanda, olur əsaslı, tutarlı səbəbi
hərdən düz divara baş da soyutmur əsəbi
girib ora*bura şərh yazanda, unutma ədəbi!
[sonluq]
hətərəm*pətərəm vurma sən
ala, rəqs elə, yerində durma sən
hətərəm*pətərəm
hətərəm*pətərəm
bəsdir!
təkrar elə!
lirik lagu lainnya :
- kumpulan lirik lagu mara maravilha › lirik lagu anjos de deus – mara maravilha
- kumpulan lirik lagu odair jose › lirik lagu fome de amor – odair josé
- kumpulan lirik lagu lourenco e lourival › lirik lagu meu sitio, meu paraíso – lourenço e lourival
- kumpulan lirik lagu brenda fassie › lirik lagu vul’indlela – brenda fassie
- kumpulan lirik lagu gerson rufino › lirik lagu o cego – gerson rufino
- kumpulan lirik lagu inmigrantes › lirik lagu golpe de suerte – inmigrantes
- kumpulan lirik lagu tayrone cigano › lirik lagu não lhe dei direito – tayrone cigano
- kumpulan lirik lagu dcorpo inteiro › lirik lagu smirnofay – d’corpo inteiro
- kumpulan lirik lagu elsa lila › lirik lagu la porta del silenzio – elsa lila
- kumpulan lirik lagu hinos de cidades › lirik lagu hino de cruzeiro do oeste – hinos de cidades