lirik lagu adsız uzaqlar – puzzle (az)
ilk hissə:
yaxına uzaq ola bilənin, sonu gedib uzağa dirənir
hər dəfə yaxına uzaq olub, ondan yenə uzağı dilənir
bəzən əvvəl sənə daha yaxındı, bəzən də axırın olur uzaq
bəzən uzağın uzağı yaxındı, bəzən də yaxının olur uzaq
bəlli deyil hələ buranın yaşı
büsbütün bürüsün buranı yaşıl
elə bir mənzərə var (ki), ona (hər) baxanda həqiqət gör(ün)dükcə bulanıqlaşır
heç kim dirənmir, artıq hamı aşır
uzaq bir axındı, üz ona qarşı
nə çaydı, nə göldü, nə də ki, dəniz, (amma) ona qarşı üzənlər, ona qarışır
keçid:
uzaqlar… adsız olanda…
onun düz xəttində itir künc və bucaqlar
uzaqlar… adsız olanlar…
onun adı “məsafə”di, adın(ı) qucaqla
ikinci hissə:
cəsarət “qərarı ver” desə də, (əvəzində) macəra, yolları verdi sənə
uzağın bir adı var, o da “uzaq”(dı)
kürəyin (dünyadakı) ən uzaq yerdi sənə!
uzaqla olanda davalar əsl, təslim olma, (yoxsa) səndən yaradar əsr
uzaqda nə varsa, yaxında da var – uzaqlar havadı, havalar(sa) əsr
məsafə uzaqdı, sadəcə bir addım(dı)
məsafə uzağın sadəcə bir adı(dı)
çox uzaq olan uzağın adı yox(du), (çalış) xatırlama onu, sadəcə bil adın(ı)
məsafə həmişə uzaqdı, baxır
məsafə – uzaqdı, uzaqdı yaxın
yaxına gələn bütün yolların, o, məsafəsin(i) yenə uzatdı axı
keçid:
uzaqlar… adsız olanda…
onun düz xəttində itir künc və bucaqlar
uzaqlar… adsız olanlar…
onun adı “məsafə”di, adın(ı) qucaqla
körpü:
yarıb keçibdi müdafiədən
yeni dönübdü müharibədən
onun da uzağı var, uzağ(ı) odu
yaxına gəlir, (amma) yenə uzaq olur
yarıb keçibdi mühasirədən
daha keçibdi müzakirədən
payına düşən yenə “uzaq” olur
yaxına gəlir, yenə uzaq olur…
keçid:
uzaqlar… adsız olanda…
onun düz xəttində itir künc və bucaqlar
uzaqlar… adsız olanlar…
onun adı “məsafə”di, adın(ı) qucaqla
son hissə:
uzaqlar… (x2)
məsafəni büküb, onu qucaqla
uzaqlar… (x2)
nə etsək də yenə çox uzaqda(dı)
lirik lagu lainnya :
- kumpulan lirik lagu rosesleeves › lirik lagu cold – rosesleeves
- kumpulan lirik lagu hydra › lirik lagu when the devil is coming down – hydra
- kumpulan lirik lagu no doubt › lirik lagu one more summer (jonas quant remix) – no doubt
- kumpulan lirik lagu mmob ace › lirik lagu llegale – mmob ace
- kumpulan lirik lagu kurobs › lirik lagu left without leaving – kurobs
- kumpulan lirik lagu 천소아 cheon soa › lirik lagu 내가 너를 잊지 못했어 (i couldn’t forget you) – 천소아 (cheon soa)
- kumpulan lirik lagu oneus › lirik lagu 반박불가 (no diggity) – oneus
- kumpulan lirik lagu whizzdope › lirik lagu gopola – whizzdope
- kumpulan lirik lagu payseen › lirik lagu run away – payseen
- kumpulan lirik lagu plan three › lirik lagu taravana – plan three