lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ozymandias – puzzle (az)

Loading...

ilk hissə:
durma heç vaxt kralın, sən çox önündə
bəs edəcək qədər görüb(dü) çox ölümlər
yəqin, qalxıb(dı) yenə pis tərəfindən, (çünki) qazanmaq var yenə onun hədəfində
tikir qala, onu yenə “qoruyacaq” o
içində də qurub “dünya”, oynayacaq o
əgər gəlsə hüzuruna, oturacaq ol, ki rahat olsun * rahat ol, səni doyuracaq o
azaltdı, çoxaltdı
qazandı, çoxaldı
məhv edə bilir o, yazaraq çox andı
yasaqdı çox ağıl;
asanddı, çox vaxtını almaz, beynini boşalt, geri gəl!
çünki, idarə edir özü tək, bu qədər insanı necə bəyəm?
idarə etməkçün öncə əyər
pulla “alar”, gəlsə əcəl əgər…

ikinci hissə:
doğularaq gəlmisən dünyaya tuş, (amma) buraların kralı özündəndi
yenə şeir səslənir: “ozymandias”
kral içən şərablar üzümlənmir
mühim olan qərarı verməmiş o
o da insandı, amma duyğu(su) yox(du)
yazmadı vəsiyyətin(i), vermədi son
tikdi bir heykəl, amma ruhu yox(du)
heykəli bir dərviş görüb(dü) ən son, rast gəlb(di) səhranın ortasında
deyib ürəyindən gələnləri o: kral batıb “dəryanın” ortasında!
olduğu yer əvvəllər gözəlləşib
(o da) yumruğunu sıxıb və əsəb(i)ləşib
çünki, təəssüf edib və düşünüb: hər zülüm, zamanla əsərləşir…
üçüncü hissə:
və dərviş yoluna davam etmək istəyib, amma ayaqları geri gəlib
heykəli büsbütün * o * yox etmək istəyib, amma dayaqları yerindədi
“ədalət niyə bu qədər gec əlimizə düşür” sualına cavab ol!
onsuz da cavabı yoxdu, amma yenə qatacaq bu halına yalan o
dərvişin qəlbinə sığar bütün cahan * hamını qonaq edir, evin(i) açır
kralsa rəqibləri çoxaldaraq savaş edir, sorağ edir, eyib açır
dərvişin başına gəlməyib bunların heçbiri, amma yenə (də) pis olur
özünün olmayan dərdlərə ev olur (və) evə ona dərd olur, o, həps olur

dördüncü hissə:
yerdən bir daş götürüb, atıb ona
birdən xatırlayıb ki, batıb o da
daş krala kömək edə bilməz axı, qaçanmaqçün hərşeyi atıb oda
kral düşünür: üstün(dü) əsl olan
az məsafədən çatmır səsin ona
çoxdandı heç kim olmur əsir ona, (çünki) yox olduğu belə bir əsr olar
çıxmağa çalışma üstə, xətatı
atdığı imza üstünə xətt atır
geri çəkilmədin sən də (və) savaş olur
onda bir ordu var, səndə də daş olur
nə qədər müharibə görüb, düşün!
o görməyib qışı, sən görüb, üşü
“əbədi ol!
kral, çox yaşa!
əbədi ol!
kral,çox yaşa!”
beşinci hissə:
bütün bu səhnələr canlanır otağımın divarlarında, bəzək olur
dərvişləri yaşadaq bir ömür, amma harda kral görsək, əzək onu
heykələ rast gələn dərvişə rast gəldim yazdığım sətirlərin içində
kral olmaq məhk*m olmaqdı əsərlərin, bir də əsrlərin içinə
səhranın qumları udubdu şəhərin bütün o görkəmli görünüşün(ü)
sağ qala bilməkçün ona sən nə qədər etsən də hörməti, görür işin(i)
doğulmaq qərar verdiyin bir şey deyil deyə, yenə doğulub boğulmalısan
çünki, sonradan qazandığın bir şey deyil, kral olaraq doğulmalısan…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...