lirik lagu azad azərbaycan – qaraqan
[verse: qaraqan]
təsəvvür elə ki, sən doğulmusan əfqanıstanda
ölüb yaxınların, sən də şikəst tək ayaqla..
təsəvvür elə ki, sən doğulmusan çeçenistanda
məktəb sinifləri, tüstü, bomba, güllə altında..
şimali koreyada, həm də təksən
həyatın qəfəslərdə, doğmalar torpaqda..
düşün ki, afrikada, tanınmayan bir ölkədə
ölümcül xəstəliklər, humanitar yardımlar..
ya da ki, iranda, məcburi qara çadra
asılmaq, kəsilmək, əzilmək, şallaq, molla..
təsəvvür elə ki, sən doğulmusan ermənistanda
oyuncaq vətəndaşsan, yalan və yaltaqlıqla..
ya da ki, gürcüstanda, yox nə suyun, nə qazın
sən hər bir nəfəsinlə, qonşu dövlətlərdən asılı..
ya da ki, doğulmusan sən kasıb pakistanda
düşmənin kiçik erməni yox, böyük hindistandı..
[ chorus: ayka ]
dəyişir insanlar, dəyişir zaman
amma hər an ürəyimdə azərbaycan..
mənim kiçik ölkəm, mənim böyük ailəm
mənim vətənim, azərbaycan..
doğulur günəşi torpağından
güc alır budağı yarpağından
yox gözəl üçrəngli bayrağından
gözəlim, gözəlim, azərbaycan..
[verse: promete]
təsəvvür elə ki, sən doğulmusan fransada
tələbələr yandırır sənin bmw’vi..
ya da ki, new yorkda, göydələnin başında
11 sentyabr, sənin pəncərənə təyyarə gəlir..
sən yaşaya bilərdin fidel’lə kubada
amma ki, ölkədən çıxmaq orda qadağandı..
ispaniyada öküzlər, çikaqo qasırğalar
yaponiya zəlzələ, tibetdə yenə dumandı..
bəlkə sən istiyərdin yaşayasan rusiyada
ölkənin çox hissəsi sərxoş və narkomandı..
ya da braziliyada, dağılmış bir ailədə
bilmirsən uşağın kim, ya da ki, hansınnandı..
bu nə qərib zamandı, hər yer müharibələr
böyüklər pul qazanır, qan ağlayır körpələr..
hər yerdə əxlaqsızlıq, cinayətlər kölgədə
amma ki, qorxmuram mən, hələ ki, öz ölkəmdə..
[ chorus: ayka ]
dəyişir insanlar, dəyişir zaman
amma hər an ürəyimdə azərbaycan..
mənim kiçik ölkəm, mənim böyük ailəm
mənim vətənim, azərbaycan..
doğulur günəşi torpağından
güc alır budağı yarpağından
yox gözəl üçrəngli bayrağından
gözəlim, gözəlim, azərbaycan..
[verse: aid]
indi şükr elə ki, doğulmusan azərbaycanda
var evin, var çörəyin, var ailən, var köməyin..
təhsili bəyənmirsənsə, satışda kitablar var
hər şey səndən asılıdır, axtarma günahkarlar..
dön geri, bax həyatına, gözlərin kor deyil axı
inkişafdadı ölkəmiz, amma cəmiyyət hələ də taxta..
gəlin boş durmaqdansa, biz də dəstək olaq
axı biz vətəndaşlarıq, gəlin ölkəmizi quraq..
hərədən bir kərpic, hərə bir ağac əkək
uşaqlar evinə yardım, ildə bir qan verək..
düzdü var toz*torpaq, bakı küləkli şəhər
amma hərə öz həyətini təmizlə hər yer təmizlənər..
qayıdar qarabağ da, bəlkə çatdırsaq dünyaya
məktublar forumlarda, xarici saytlarda..
bura mənim vətənim, mənə ən doğma məkan
mənim azadlığım, bizim azad azərbaycan..
[ chorus: ayka ]
dəyişir insanlar, dəyişir zaman
amma hər an ürəyimdə azərbaycan..
mənim kiçik ölkəm, mənim böyük ailəm
mənim vətənim, azərbaycan..
doğulur günəşi torpağından
güc alır budağı yarpağından
yox gözəl üçrəngli bayrağından
gözəlim, gözəlim, azərbaycan..
lirik lagu lainnya :
- kumpulan lirik lagu iaintdie x mikefucks › lirik lagu bestfriend – iaintdie x mikefucks
- kumpulan lirik lagu alamia e sperandeo › lirik lagu passeggiata alla marina – alamia e sperandeo
- kumpulan lirik lagu lil snupe › lirik lagu tonight – lil’ snupe
- kumpulan lirik lagu calavera › lirik lagu grenade incendiaire – calavera
- kumpulan lirik lagu benyo hussain › lirik lagu hier in porz – benyo hussain
- kumpulan lirik lagu babak jahanbakhsh › lirik lagu honarmand – babak jahanbakhsh
- kumpulan lirik lagu wc daz dillinger › lirik lagu late nite – wc & daz dillinger
- kumpulan lirik lagu unknown prophets › lirik lagu 4 the kids – unknown prophets
- kumpulan lirik lagu exaltasamba › lirik lagu fugidinha – exaltasamba
- kumpulan lirik lagu isle of rhodes › lirik lagu perfect operation – isle of rhodes