lirik lagu gübrə – qaraqan
[bənd 1]
qaranlıq küçələr, boş prospektlər
yaddaş dəhlizlərində tanış portretlər
yağış isladır, küçələrdə yox heçkəs
mənim beynimdə xatirələr, fraqmentlər
gözlərim parlıyır sevincdən, hara istəsən yoz
sən axı bilirsən ki, daşdır ruhum, ürəyim buz
və nə qədər ki, yığır susduğumuz mövzular toz
mən artıq deyə bilmirəm bir çox dostuma dost
bu gündən sabaha bir neçə addım, bir neçə söz
bu gündən sabaha səni unutmaqçün bir neçə qız
bu gündən sabaha bir neçə yarımçıq şeirlər
sənsiz həyatım ağ*qara filmdir, “xoş seyirlər”
və islandıqca qısa, qorxaq addımlar
sən qalacaqsan əbədi mənim yanımda
bilirəm, bunlar hamısı boş xəyallar, nağıllar
ürəyini qıracam və çıxmayacam ağlından
[nəqərət]
sən necə də gözəlsən
buz keçmişin süzülür, isti saniyələr
bu gecə sən mənimsən
bərk yapış, səni vermirəm heçkəsə
mən ilıq əllərində
yağ bütün gecə, yağış, döy pəncərəni
mən bu gecə səni sevirəm
sağ çıxacaqmı sevgimiz səhərə?!
[bənd 2]
bu çirkli zəmanədə tapmaq sevgi və saflıq
de mənə, ən yaxın on dostundan neçəsi insaflı?!
de mənə, döydüyün neçə qapıda tapmısan ev?!
əbədi itirdiyin yaxınlardan neçəsi sağ?!
və bəzən ailə bilib qucaqladığın o kəslər
və bəzən yaradır gözəl musiqi çirkin səslər…
və bəzən ayrılırsan, axtarırsan, yorulursan
sən heç vaxt öz xoşunla getmirsən, qovulursan
mən bu gün qucaqlayacam qanadlarımı
sənə danışacam həyat adlı bir nağıl
mənə borc ver bu gecə qorxularını
sabah söz verirəm qaytaracam hamısını
soyun yalanları, qoy qalsın çılpaq həqiqət
mən çox axtardım, indi tapdım, burdadır cənnət
və qadağan olunmuş meyvələrlə dolu süfrə
hər öldürdüyüm sevgi növbəti sevgiyə gübrə…
[nəqərət]
sən necə də gözəlsən
buz keçmişin süzülür, isti saniyələr
bu gecə sən mənimsən
bərk yapış, səni vermirəm heçkəsə
mən ilıq əllərində
yağ bütün gecə, yağış, döy pəncərəni
mən bu gecə səni sevirəm
sağ çıxacaqmı sevgimiz səhərə?!
lirik lagu lainnya :
- kumpulan lirik lagu gizmo rap › lirik lagu brainfood – gizmo (rap)
- kumpulan lirik lagu djakgunov › lirik lagu djakgunov – cycle – djakgunov
- kumpulan lirik lagu skinny › lirik lagu r$ch – skinny
- kumpulan lirik lagu langhorne slim the law › lirik lagu airplane – langhorne slim & the law
- kumpulan lirik lagu wrekonize › lirik lagu love don’t live here no more (a freestyle confession) – wrekonize
- kumpulan lirik lagu justin weaver › lirik lagu come on out tonight – justin weaver
- kumpulan lirik lagu joe stampley › lirik lagu if you’ve got ten minutes, let’s fall in love – joe stampley
- kumpulan lirik lagu quarry › lirik lagu nie obchodzi mnie już to – quarry
- kumpulan lirik lagu maor edri מאור אדרי › lirik lagu hagever shecavash – הגבר שכבש – maor edri – מאור אדרי
- kumpulan lirik lagu lofty official demena › lirik lagu одинокий – lofty official, demena