lirik lagu hərb və sülh – qaraqan
[verse 1]
tüstülər, bombalar uçur uşaqların üstündən
ağrılar, güllələr, axı bunlar nəyin üstündə?
nəyə gərəkdir müharibələr? nəyə gərəkdir sərhədlər?
nəyə gərəkdir fərqli ölkələr, əgər dünya birdirsə?
nəyə gərəkdir rəngli əskilər və himnlər?
nəyə gərəkdir irqçilik? fərqli, eyni dinlər?
nəyə gərəkdir türmələr, ora düşür kasıblar?
ya da ki cəmiyyətin sındırdığı insanlar
bir nəfər öldürən qatil, yüz nəfər öldürənlər qəhrəmandır
nərdivandır həyat, kimsə qalxdı, kimsə geridə qaldı
nəyə gərəkdir pul, əgər yemək çatırsa hamıya?
niyə kiminsə beş sarayı, kimsə qalır daxmada?
niyə qızlar sevilir pulla? niyə oğlan seçilir işlə?
niyə valideynlərin də pul yığmaqdır toy günü beynində?
iki əlim, iki ayağım, iki gözüm, amma ürək təkdir
hər şey çox mürəkkəbdir!
hər şey çox mürəkkəbdir!
[chorus]
yar aman, ey mənim təbibim
mənsiz də dünyanın işi gedərmiş
[verse 2]
tüstülər, bombalar uçur uşaqların üstündən
şikəst körpələrin davası bir çomaq üstündə
nəyə gərəkdir ədalət, əgər boş nağılsa?
necə deyim səma təmizdir, göydən qan yağırsa?
nə qədər pul? nə qədər qul? nə qədər göz? nə qədər dil?
nə qədər sus? nə qədər dinmə? nə qədər bilmə? nə qədər sil?
nə qədər öz xaçım qanlı yaralar açacaq çiynimdə?
nə qədər sətirlər misralara daşacaq beynimdən?
sevgi qaçacaq qəlbimdən, yalan açacaq gözlərimi
ruhum donacaq dərində, gözlər satacaq sirlərimi
sən də atacaqsan bir gün məni, unudacaqsan dediklərimi
tətiklərini tənqidinin bir gün üzümə çaxacaqsan
tikəcəklər, sökəcəklər, qalan yenə də toz-torpaq
deyəcəklər, güləcəklər, çox asandır qul olmaq
taxtın üstü asılı qılınclar, buna ürək gərəkdir
hər şey çox mürəkkəbdir!
hər şey çox mürəkkəbdir!
[chorus]
yar aman, ey mənim təbibim
mənsiz də dünyanın işi gedərmiş
əcaba neyçün cahana gəldim?
lirik lagu lainnya :
- kumpulan lirik lagu aeternitas › lirik lagu eldorado – aeternitas
- kumpulan lirik lagu yablessed › lirik lagu stylist – yablessed
- kumpulan lirik lagu matricide › lirik lagu talking to the walls – matricide
- kumpulan lirik lagu fake type › lirik lagu no proof – fake type.
- kumpulan lirik lagu queezy_the_gangster › lirik lagu bad girl – queezy_the_gangster
- kumpulan lirik lagu youngfox yukimura › lirik lagu спальные районы (sleeping areas) – .youngfox & yukimura
- kumpulan lirik lagu koa › lirik lagu i was bored – koa
- kumpulan lirik lagu sirius tr › lirik lagu problemler – sirius (tr)
- kumpulan lirik lagu brittany maggs › lirik lagu typical country girl – brittany maggs
- kumpulan lirik lagu maxo › lirik lagu like i don’t see you – maxo