lirik lagu qarğa – qaraqan
[verse: qaraqan]
qara lələklərini titrədir küləklər
bu hündür uçuş yerdən km yüksəklikdə
aşağıda yırtıcı şəhər, amma onu qorxutmur
onun torpağı səma və ailəsi təklikdə
qara qarğa gözlərində gizlin qaranlıqlar
düşmənlərini öldürmür, özləri düşür onlar
və didir meyidlərini günahlarını istidən gizlər
düşmənlərini də tanrıya tapşırar
olmaq istəmir eyvandan aşağı asılan qartal
o üç yüz ildə çox görüb sinəsinə döyənləri
sonsuz müharibələrdən yerdə qalan ancaq küllər
bələkdən tanıyıb dünən qocalıb ölənləri
qarğa düşünmür insantək, soyuq ət caynağında
o qalxıb göylərə çevriləcək qara buluda
qarğanı öldürmək istər nə qədər vəhşi düşmən
amma axmaqlar bilmir ölüm özü, qarğadan qorxur
[nəqarət: qaraqan]
açıb qarğalar qanadlarını
uçur şəhərin üstündən
göyə oxuduğumuz duaları
tənha qarğa eşidir
onun lələkləri zülmətdən
gözləri əbədi gecə
onun bir dəqiqəlik sükutunda
aşağıda yüz illər keçir, əsrlər keçir
[verse: qaraqan]
onun gözləri susur, gördükləri inanılmaz
o heç vaxt əldən yeməz, oxumur və çiyinə qonmaz
qarğadan qorxur uşaqlar ona daş atırlar
axı *n*ları öyrədir, qarğanı sevmək olmaz
qarğa doludu pisliklə, təhlükəlidi, içi zülmət
o həqiqətləri bağırsa da heç kəs anlamır
qarğalar deyil müqəddəs, olmur cənnətdə
qarğanı heç kəs qızıl qəfəsdə saxlamır
onun gördükləri uzun və unudulmaz tarix
o görüb şəhər üstündən neçə fərqli bayraq
insanların çıxdı çadrası dəyişdi geyimləri
və neçə dəfə neçə yerə bölündü eyni torpaq
qarğa susur çünki o tanıyır rəsulzadəni
o uçur başı üstündən neçə dahi insanın
yenə uçur qarğa şəhərdə dayanmadan o üz, bu üz
o əsl qəhramanların heykəllərini axtarır
[nəqarət: qaraqan]
açıb qarğalar qanadlarını
uçur şəhərin üstündən
göyə oxuduğumuz duaları
tənha qarğa eşidir
onun lələkləri zülmətdən
gözləri əbədi gecə
onun bir dəqiqəlik süqutunda
aşağıda yüz illər keçir, əsrlər keçir
lirik lagu lainnya :
- kumpulan lirik lagu da pump › lirik lagu everybody join us (in the party) – da pump
- kumpulan lirik lagu diablo band › lirik lagu when the rivers are silent – diablo (band)
- kumpulan lirik lagu kali ninmah › lirik lagu despierto – kali ninmah
- kumpulan lirik lagu ishmael abdul › lirik lagu the greatest – ishmæl abdul
- kumpulan lirik lagu danny malone › lirik lagu speeddreamer – danny malone
- kumpulan lirik lagu king dice usa › lirik lagu 20th century – king dice (usa)
- kumpulan lirik lagu crackaveli › lirik lagu wir kommen dich holen – crackaveli
- kumpulan lirik lagu 井口裕香 yuka iguchi › lirik lagu 解けない魔法 (hodokenai mahou) – 井口裕香 (yuka iguchi)
- kumpulan lirik lagu cashisclay › lirik lagu ganz gut – cashisclay
- kumpulan lirik lagu june br › lirik lagu part time love – june (br)