lirik lagu qısa qapanma – qaraqan
[verse 1: qaraqan]
bizim neçə ilimiz qalıb dost?
görəsən payız hansı yarpaqları tez tökür?
görəsən nə qədər təsirli olacaq epiloq?
zaman qəbir qazdıqca insanlar da ev tikir
zaman qırılmış ümidlərin son qərarı mənzili
insanlar torpaqdan düzəlmiş çirkli oyuncaqlar
şəhər çoxdan bürünüb boz əlcəyli magistrallar
otağın bir küncündə çirki oyuncaqlar
yenə də sən gülürsən.nəyə gərək eroniya?
ovucun qırışlarına hopur taley xətlərimiz
uzaqda piano, qonşu otaqda son melodiya
danış danışım məndə qucaqlaşsın dərdlərimiz
cənnəti tapmadıq biz. nöqtələr oldu vergül
qısa bir qapanmadan sonra suallar çoxaldı
arzular yerinə yetdi amma ucuz xislətimin
içimdə şükürlər yox yenə də dualar çoxaldı
[vokal: ayka]
[verse 2: qaraqan]
onun qızıl saçları ağlımdadı
o mənim acı günlərimin ən xoş xatirəsi
palçıqlar iz qoyurdu ayaqlarım közərdikcə
o mənim cəhənnəmlə cənnətimin rabitəsi
sonuncu həyat dərsi , ilk öpüş fəlsəfəsi
sonuncu ümid rəqsi , son görüş mənzərəsi
sonuncu dayanacaqda vaqonlarda son sərnişin
sonuncu sərnişinin köhnə tozlu pəncərəsi
cırılmış pencəyinin cibində qadın şəkli
həyat mürəkkəbliklə yazılmış mürəkkəb həyat
o çoxdan ölmüş bir sevginin canlı abidəsi
qırılar ilk toxunuşdan bil ki düzəlməz həyat
sənin taleyin mənim taleyimlə ekiz qardaş
gəl oturaq, bir az danışaq, bir az allahdan
sən odun tök ocağa, mən yazım bir iki misra
yapışaq balıqlar tək ölümə çəkən qarmaqdan biz..
[vokal:ayka]
[verse 3: qaraqan]
səni basdırdığım torpaqda qızıl güllər əkdim
bir gün gələr ki o güllərdən gələr sənin ətrin
keçmişin rəflərində itib batmış bioqrafiyam
onun sonuncu səhifəsində qaldı sən in sətrin
məni bir kölgə sandın.dəhlizin divarlarından
asılmış rəsimlərdə əbədi qaldı sənin şəklin
sən ümid notlarından yazılmış ideal sinfoniya
mənim əllərim əsdi mən drijor mənim səhvim
qurumuş boş cümlələr, mavi gözlər yalançı
bu dört divarın içində sığmır içimə mənim dərdim
sən mənim parçalanmış gözlərimdə ilham pərim
mən sənin sevgi sərhədində son tikanlə məftil
qəfil küləylər əsdi bir anlıq durdu nəbzim
zərif işartılarda gözümə gəldi sənin əksin
bu qəribə incə fobiya.bəyaz bayraq və təslim
sonuncu dərs son baharda bitdi mənim fəslim
lirik lagu lainnya :
- kumpulan lirik lagu eleni dimou › lirik lagu ψεύτρα ζωή (pseftra zoi) – eleni dimou
- kumpulan lirik lagu gfriend › lirik lagu 나의 일기장 (sunshine) – gfriend
- kumpulan lirik lagu eddie james › lirik lagu you are the god of the breakthrough – eddie james
- kumpulan lirik lagu xayy › lirik lagu finesss – xayy
- kumpulan lirik lagu csp › lirik lagu katana – csp
- kumpulan lirik lagu fat nick › lirik lagu my bad – fat nick
- kumpulan lirik lagu language arts crew › lirik lagu d day – language arts crew
- kumpulan lirik lagu 954ayejay › lirik lagu ten toes – 954ayejay
- kumpulan lirik lagu landon austin › lirik lagu armor – landon austin
- kumpulan lirik lagu karlito › lirik lagu i się żyje – karlito