lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu təkcə ümid qalsın – rəvan qaçayev

Loading...

[bənd 1]
istəsən, sükuta bürünsün cahan
heç nə yox, al məndən gülüşlərini
al məndən ömrümdə əbədi qalan gülüşlərini
al məndən, ömrümdən o ani, əbədi görüşlərini
fəqət, soyuq baxma sən gendən, gözəl
fəqət, soyuq baxma sən gendən, gözəl

[nəqərat]
sənsiz günəşsizdir bu göy, bu torpaq
hər nəyi istəsən, al məndən, gözəl
tək ümid qoy qalsın
ümid bir dünyalıq gülüşlərindir
tək ümid qoy qalsın
o, ani, əbədi görüşlərindir

[bənd 2]
al geri o əziz günləri məndən
sədaqət andını al geri məndən
istəsən, al məndən yaşıl meşələrin pıçıltısını
istəsən, istəsən, al məndən dənizin parıltısını
fəqət, soyuq baxma sən gendən, gözəl
fəqət, soyuq baxma sən gendən, gözəl

[nəqərat]
sənsiz günəşsizdir bu göy, bu torpaq
hər nəyi istəsən, al məndən, gözəl
tək ümid qoy qalsın
ümid bir dünyalıq gülüşlərindir
tək ümid qoy qalsın
o, ani, əbədi görüşlərindir
[çıxış]
fəqət, soyuq baxma sən gendən, gözəl
fəqət, soyuq baxma sən gendən, gözəl
fəqət, soyuq baxma…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...