lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu neçə – rasim müzəffərli

Loading...

[bənd 1]
səhərim toranlıq, axşamım gecə
çoxalan çoxluğum çevrilir heçə
doğuldum nə təhər, öləcəm necə?
qalıbdır neçə il, neçə gün, neçə?
qalıbdır neçə il, neçə gün, oo neçə?

[bənd 2]
bu günüm dünənə dirənib, mənim
çölüm dostum olub, içim düşmənim
baharım gəlmədən solub səmənim
qalıbdır neçə il, neçə gün, neçə?
qalıbdır neçə il, neçə gün, oo neçə?
[nəqərat]
var*dövlət içində bir dilənçiyəm
bilmirəm hardanam, kiməm, nəçiyəm
məni kimlər aldı, satdı neçəyə?
qalıbdır neçə il, neçə gün, neçə?

[bənd 3]
əkdiyim arpanı biçə bilmirəm
arazın suyundan içə bilmirəm
yadigar körpümdən keçə bilmirəm
qalıbdır neçə il, neçə gün, neçə?
qalıbdır neçə il, neçə gün, oo neçə?

[nəqərat]
var*dövlət içində bir dilənçiyəm
bilmirəm hardanam, kiməm, nəçiyəm
məni kimlər aldı, satdı neçəyə?
qalıbdır neçə il, neçə gün, neçə?

məni kimlər aldı, satdı neçəyə?
qalıbdır neçə il, neçə gün, oo neçə?

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...