
sevdim - röya lyrics
[bənd 1]
mən səni ən saf və ən təmiz
ən pak və ən ülvi hisslərlə sevdim
mən səni isti davranışdan
adi bir baxışdan, gözlərlə sevdim
mən səni dünyalar qədər
hər kəsdən fərqli sevdikcə sevdim
mən səni çox incə*incə
çox illər öncə gizlincə sevdim
[nəqərat]
necə sevdimsə mən, sevgilim
qarışıb ağlım, quruyub dilim
səninlə bir ömrü paylaşıb
bəxtəvərəm, ömrüm
elə sevdim ki mən, sevgilim
sənə tərəf uzanıb, açılıb əlim
mən istərəm, sonsuz sevgimi
tək səninlə bölüm
[bənd 2]
mən səni yağışlar payızı
dalğalar dənizi sevəntək sevdim
mən səni məhz olduğun kimi
olduqca mehriban, həm kövrək sevdim
mən səni dünya yaranandan
aya həsrət qalan gün kimi sevdim
mən səni, əlbət ki, sevgidən
dağları bürümüş çən kimi sevdim
[nəqərat]
necə sevdimsə mən, sevgilim
qarışıb ağlım, quruyub dilim
səninlə bir ömrü paylaşıb
bəxtəvərəm, ömrüm
elə sevdim ki mən, sevgilim
sənə tərəf uzanıb, açılıb əlim
mən istərəm, sonsuz sevgimi
tək səninlə bölüm
(mən səni əbədi sevdim)
necə sevdimsə mən, sevgilim
qarışıb ağlım, quruyub dilim
səninlə bir ömrü paylaşıb
bəxtəvərəm, ömrüm
elə sevdim ki mən, sevgilim
sənə tərəf uzanıb, açılıb əlim
mən istərəm, sonsuz sevgimi
tək səninlə bölüm
Random Song Lyrics :
- temptation - seth fx & ritchiie lyrics
- rayful bag - el camino lyrics
- give my all - hosea cuervo lyrics
- without you - angela aki lyrics
- fængselsbrev - beko (dnk) lyrics
- now or never - dj lucas lyrics
- fuscão preto (ao vivo) - victor & leo lyrics
- e (ft. lil creeper) - very smurt lyrics
- kamikaze - die toten hosen lyrics
- ho$h ho$h ho$h - die antwoord lyrics