lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu əlimdən bərk tut – rüzgar

Loading...

[bənd 1]
nəfəsim kəsilir, burada küləklər əsmir
toxunmaq olur sənə, amma məni qucaqlamır rəsmin
heç olmazsa, bir söz denən, sənsiz bacarmıram, daha gəl
kaş ki bilsən, sənə nə qədər ehtiyacım var, daha gəl

[keçid]
yenə məni sev…
dərindən hiss et…
yenə məni sev…
mənim yarım hissəm…

[nəqərat]
əlimdən tut bərk, bərk, bərk, bərk, bərk, bərk
əlimdən tut bərk, bərk, bərk, bərk, bərk, bərk
əlimdən tut bərk, bərk, bərk, bərk, bərk, bərk
əlimdən tut bərk, bərk, bərk, bərk, bərk, bərk

[bənd 2]
bəlkə onun ürəyində var məndən başqa biri
görəsən, o da məni düşünürmü?
o mənim yanağıma süzülən saf yaşdan biri
gəl, sənin üçün çox darıxıram, gəl, gəl, gəl, gəl

[bənd 3]
hər nədənsə təsəlli tapanda mən
ona güc verib üfürdüm hər ikimizə
sən sakitləşdirici həb kimisən
sən kimsən? çarəsiz dərd kimisən
bütün hisslərin daşa dönüb, bərkimisən
eyni mənim kimisən
daxilən zəif, amma bərk görünürsən
yanımda qalardın
buruq saçlarını qollarıma sərib darayardım
gecə bürünüb zülmətə gəlsən belə
yenə hiss edib qoxundan səni tanıyardım
dejavü ard*arda
və bu davam edir getdikcə arta*arta
denən, haradaydın?
sən gedəndən bəri özümü itirmişəm
inan, özüm də bilmirəm, haradaydın

ah, sözün düzü, mənə sənsiz hər şey çətin gəlir
dolu dərd yağır üstümə göydən mənim
məni sona qədər qoruyan bir çətir gərək
bunu yazana qədər nələr çəkir qələm
neçə il, neçə ay, neçə gün belə
məni tək gözləsən də, geri çətin gələm
bunu çətin görərsən, çəkil görək

ağlama, sakitləş, makiyajın yanağına dağılır axı
düzü, hər dəfə başlanğıc yaxşı olur
sonra pis günə düşür hər şey axıra yaxın
çox darıxıram, kömək elə, gücsüzəm sənsiz
bacarmıram qəti daha, bu axın məni yıxıb keçir
çox yorğunam, təsəlli verməyin
gedin, məni rahat buraxın
[keçid]
yenə məni sev…
dərindən hiss et…
yenə məni sev…
mənim yarım hissəm…

[nəqərat]
əlimdən tut bərk, bərk, bərk, bərk, bərk, bərk
əlimdən tut bərk, bərk, bərk, bərk, bərk, bərk
əlimdən tut bərk, bərk, bərk, bərk, bərk, bərk
əlimdən tut bərk, bərk, bərk, bərk, bərk, bərk

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...