lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu mən səni gözlədim – sevda ələkbərzadə

Loading...

[bənd 1]
mən səni gözlədim hər gün, hər gecə
qəlbimdə ağlayan məhəbbət ilə
mən səni gözlədim hər an beləcə
içimdə üşüyən bir həsrət ilə

gözümdə saralan qəmli eşqimi
sənin baxışların əlimdən aldı
içimdə hönkürən duyğularımı
bir dəli məhəbbət tilsimə saldı

[nəqərat]
mən səni gözlədim yol ayrıcında
küləklər könlümü alana qədər
mən səni gözlədim sevən qəlbimdə
məhəbbət bir nəğmə olana qədər

[bənd 2]
mən səni gözlədim sonsuz səhrada
ürəyim od tutub yanana qədər
mən səni gözlədim qarlı baharda
bu həsrət bir vüsal olana qədər

həsrətim gözümün gölündə üzdü
dənizdə çırpınan dalğalar kimi
ləpələr eşqimi sahilə düzdü
yarpaqdan asılan damlalar kimi
[nəqərat]
mən səni gözlədim yol ayrıcında
küləklər könlümü alana qədər
mən səni gözlədim sevən qəlbimdə
məhəbbət bir nəğmə olana qədər
olana qədər…

mən səni gözlədim yol ayrıcında
küləklər könlümü alana qədər
mən səni gözlədim sevən qəlbimdə
məhəbbət bir nəğmə olana qədər

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...