lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu sevgi görürəm – shamil mammadov

Loading...

sevgi görürəm lyrics
[bənd 1]
gözlərində
gizlətmək istəsən də, sevgi görürəm
baxışında büruzəverməsən də
naz hiss edirəm

görən niyə?
biz bu qədər məsafəli olduq
sevgimizin cəsarəti yoxmu?
dəqiqələr keçir, qəhər boğur

tez yanına qaçsam
əlini oxşasam

[bənd 2]
istəmirəm
sənin məndən qopmağını istəmirəm
inanıram
tanısan, sevəcəyinə inanıram

çətin gəlir
uzun bir yol kimi yora bilir
ümidləri belə bəzən tükədir
sözlər qəlbləri incidə bilir

gözlərinə baxsam
sevginlə yaşasam
başqa bir dünyada
kosmosdan belə uzaqda
tay buynuzlar məskənində
deyirlər “bəsdir artıq, oyan”

[bənd 3]
çətin deyil
əslində bir qədər asan deyil
bir az inam, bir az da səbir istəyir
çiçək kimi bəslənməyi sevir

yanağından öpsəm
dünya mənim olar
gözlərində
gizlətmək istəsən də, sevgi görürəm

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...