lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu niyə susdun, gözəl oğlan – şövkət ələkbərova

Loading...

[bənd 1]
hər gün məni izləyirsən kölgə kimi
deyirsən ki, tükətdin tamam səbrimi
söz açıb and içirsən hər addımda sən
yalvarırsan, könlümün gəl ol sirdaşı

[nəqərat]
şirin dilin var, xoş qamətin
kənd içində çoxdur şöhrətin
kənd qiymətli üzükdür, mən onun qaşı
soyuq olma, alışdı bağrımın başı

[bənd 2]
oğlan, sənin sözünü saymıram yalan
gəlini də göz üstə saxlayar anan
at sürərsən yel kimi cıdır zamanı
toylarda sənin kimi saz çalan hanı?

[nəqərat]
dostların sevir söhbətini
hərə sayır xoş ülfətini
səni görəndə coşur gənclərin qanı
gəzirsən qarış*qarış kəndi, obanı

[bənd 3]
könül vermir bəs niyə bircə qız sənə?
qız düşüncək hamı deyir qayğısız sənə
niyə susdun, bəlkə sözümdən utandın?
boş dolanma, işində dillənsin adın
[nəqərat]
o vaxtı, oğlan, hər gənc ürək
səni xoşlayacaq, sevəcək
qızların nəğməsində gəzəcək adın
anana deyəcəklər: gözlərin aydın

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...