lirik lagu özbək gözəli – şövkət ələkbərova
[bənd 1]
yaşamaqdan doya bilmir insan
çox şirin, çox da gözəldir bu cahan
sönməyir sinədə zərdüştün odu
eşqidən doğdu bu odlar yurdu
hər fəsildə yeni bir sirr açaraq
min gözəllik yaradır bu torpaq
sənə can verdi o rəssamın əli
sevirəm mən səni, özbək gözəli
[bənd 2]
sənətin bir əbədi nəğmədir
hər sözün, hər kəlamın hikmətdir
o vüsal durmaz əsən fırtınalar
sənə aşiqdir bizim odlu diyar
sən nəvai bağının bülbülüsən
əbədi şən baharın bülbülüsən
bizi valeh edən böyük əməlin
sevirəm mən səni, özbək gözəli
[bənd 3]
gözlərin nur saçır hər qəlbə sənin
nur saçır aləmə doğma vətənin
huşu başdan uçurur hər gülüşün
ilk bahardan da şirindir gəlişin
leylinin bayrağı altında yanan
bir çıraqsan, yaranıbsan nurdan
xilqətin hikmətin, sirri, əzəli
sevirəm mən səni, özbək gözəli, gözəli
you might also like
lirik lagu lainnya :
- kumpulan lirik lagu crni cerak › lirik lagu na granici – crni cerak
- kumpulan lirik lagu pikachuu w3gaz › lirik lagu уходи – pikachuu & w3gaz
- kumpulan lirik lagu aryan kapoor › lirik lagu goated (world cup final anthem) – aryan kapoor
- kumpulan lirik lagu lil krin › lirik lagu моё имя (my name) – lil krin
- kumpulan lirik lagu nshai iman › lirik lagu not love fr – n’shai iman
- kumpulan lirik lagu skullyx1 › lirik lagu money for one (demka studio session) – skullyx1
- kumpulan lirik lagu siangel › lirik lagu папа мент (dad is a cop) – siangel
- kumpulan lirik lagu plaqueboymax › lirik lagu marvins room – plaqueboymax
- kumpulan lirik lagu ly aaron virtual flavor › lirik lagu long time – ly$ aaron & virtual flavor
- kumpulan lirik lagu jonny farias blank thought › lirik lagu groundhog – jonny farias & blank thought