lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu şən azərbaycan – şövkət ələkbərova

Loading...

[bənd 1]
qoy mən yenə söhbət açım ilk baharımdan
nəğməm ilə bir də keçim öz diyarımdan

[nəqarət]
bol bəhrəli muğan düzü, mil düzü, şirvan düzü
gəl*gəl deyir şən azərbaycan
tər gülləri şəfalıdır, göygöl nə səfalıdır
hər yanı gülşən azərbaycan!

[bənd 2]
el qızları düzüm*düzüm kür qırağında
min gül açır gəncəmizin hər budağında
dost elləri qarabağın dağ vüqarlıdır
gen çölləri bu torpağın xoş baharlıdır

[nəqarət]
bol bəhrəli muğan düzü, mil düzü, şirvan düzü
gəl*gəl deyir şən azərbaycan
tər gülləri şəfalıdır, göygöl nə səfalıdır
hər yanı gülşən azərbaycan!

[bənd 3]

hər damlası layla çalan göy xəzərin var
hər ulduzu nəğmə olan min şəhərin var
keçdim yenə çiçək*çiçək hər mahalından
öz yurdumun doymaz ürək yüz vüsalından

[nəqarət]
bol bəhrəli muğan düzü, mil düzü, şirvan düzü
gəl*gəl deyir şən azərbaycan
tər gülləri şəfalıdır, göygöl nə səfalıdır
hər yanı gülşən azərbaycan!
hər yanı gülşən azərbaycan!

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...