lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu sən mənə lazımsan – şövkət ələkbərova

Loading...

[bənd 1]
sən mənə lazımsan sutək, havatək
sən mənə lazımsan öz canım qədər
səni arzulayır sinəmdə ürək
bu böyük həsrəti duymursan məgər?
səni arzulayır sinəmdə ürək
bu böyük həsrəti duymursan məgər?

[nəqərat]
qəmli günlərimdə lazımsan mənə
duyasan qəlbimin istəyini sən
qəmli günlərimdə lazımsan mənə
duyasan qəlbimin istəyini sən

xoşbəxt günlərimdə lazımsan yenə
böyük sevincimi yarı böləsən
xoşbəxt günlərimdə lazımsan yenə
böyük sevincimi yarı böləsən

[bənd 2]
kef üçün, zövq üçün, nəşə üçün deyil
xəstəyə dərmantək mənə gərəksən
qoy sənin saçını ağartsın ağ il
sən mənə gərəksən, yenə gərəksən
qoy sənin saçını ağartsın ağ il
sən mənə gərəksən, yenə gərəksən
[nəqərat]
sən ümid, təsəlli, sən şirin arzu
sən ömür yelkəni dumanda, çəndə
sən ümid, təsəlli, sən şirin arzu
sən ömür yelkəni dumanda, çəndə

bir az yaxşı düşün, gülüm, doğrusu
sənə bunlar üçün lazımam mən də
bir az yaxşı düşün, gülüm, doğrusu
sənə bunlar üçün lazımam mən də

bir az yaxşı düşün, gülüm, doğrusu
sənə bunlar üçün lazımam mən də
bir az yaxşı düşün, gülüm, doğrusu
sənə bunlar üçün lazımam mən də

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...