lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu naxçıvandadır – süleyman ələsgərov

Loading...

[bənd 1]
hey, keçdim batabatı, gəzdim xalxalı
keçdim batabatı, gəzdim xalxalı
coşdu ilhamımın səyyar xəyalı
yalçın qayaların ürkək maralı
göllərin sonası naxçıvandadır, ay aman
göllərin sonası naxçıvandadır, naxçıvandadır

[bənd 2]
çəkilib qoynunda nə zar, iztirab
hər möhkəm qalası bir dərin kitab
çəkilib qoynunda nəzər, iztirab
hər möhkəm qalası bir dərin kitab

bir yanda badamlı, bir yanda sirab
bir yanda badamlı, bir yanda sirab
suların aynası naxçıvandadır, ay aman
suların aynası naxçıvandadır, naxçıvandadır

[bənd 3]
hey, xoşdur ruzigarı obanın, elin
xoşdur ruzigarı obanın, elin
yaşıl çəmənlərin seyrinə gəlin
səidin, bəhruzun, mirzə cəlilin
cavidin anası naxçıvandadır, ay aman
cavidin anası naxçıvandadır, naxçıvandadır
[bənd 4]
gözəl guşəsidir o kainatın
burada öz yeri var toyun*büsatın
gözəl guşəsidir o kainatın
burada öz yeri var toyun*büsatın

deyirəm, dünyada ömrün, həyatın
deyirəm, dünyada ömrün, həyatın
hər sevgi, səfası naxçıvandadır, ay aman
hər sevgi, səfası naxçıvandadır, naxçıvandadır, hey…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...