lirik lagu sidrətül müntəha – the h.o.s.t
sən hər şeyin sahibi, mənsə qul
sən allah mən sənin qarşında qum dənəsi..
sən əbədisən, mənsə 60 il uzağı 70 il
qanımı içən sualların içində itmişəm
ver nəfəs! ver nəfəs! ciyərlərdə səs
yoxdu nəbz durub səs səssiz ürək əlimi kəs
yazmıyınn bu mahnı cəhənnəmə aparır azmıyın
günahlarım çox onsuz da daha birin de yazmayım
məscidin qapısını örtdüm arxadan
tək qalım səninlə tək mollasız yaradılan və yaradan
21 bahar, 21 payız çox axtardı gözlərim səni göylərdə
indi çöküb çöküb diz
namazlar, dualar içimdə şübhəli suallar
tövbələr, tövbələrdən sonra eyni günahlar
gizli məqamlar, yuxuya get seytanın pıçıltısında
qələmi kağıza qardaş elədim möminin sıxıntısında
səcdələr, rükanlar, şəbbələr, sükunlar
cəhənnəmdə yoxdu od, günahlarımız odunlar
dildə fatihə qurudu bombalardan diksinəndə
suallar, suallar dahilərin böyük əzabı
cavablar, cavablar hanı sualların cavabı
gücsüzəm, qorxağam, bağışla yox iradəm
istəyirəm cənnətə, amma kesibler siratı
surələr, ayələr, bağırtılar, nalələr
içimdəki şeytanın əlində gözəl lalələr
aldadır, aldanıram, yalan danışır inanıram
günah verir sevinirəm, vermiyende dilənirəm
binam sirkələnir ən altda çürük kərpic var
divarlar sıxılır içimə, işıq gəlir, məscid dar
çatladıqca minarələr, qulaqlara hücümdü səslər
gözlərimin qarşısında ağ geyimli müqəddəslər
parçalandı pəncərələr, dayandı zaman
dondu havada çiliklər, işıq, göz qamaşdıran
dondu dünyam əksinə, güzgü baxıram əksimə
mələklər, cinlər hər tərəfdən sarılıb üstümə
bir anlıq məkan dəyişir, içindəyəm cennetin
adəm, həvva, ağac meyvə, qışqırıram dərmiyin
şah damarım qopub axır qanı, yerində damarda irin
yaradılışın sirrləri içimə dolur ilim*ilim
beyin dözə bilmir istədim gizlənim allahdan
hüceyrələrə qədər ağrı, özümə baxıram uzaqdan
qanadlarım belimi cırıb çıxdı bayıra kürəkdən
dizimin üsteə çöküb dözmüyüb qışqırdım ürəkdən
lirik lagu lainnya :
- kumpulan lirik lagu lianamoods › lirik lagu then there’s you – liana&moods
- kumpulan lirik lagu editors › lirik lagu hallelujah (so low) (the blanck mass recording) – editors
- kumpulan lirik lagu egbezi › lirik lagu it’s okay to be different – egbezi
- kumpulan lirik lagu audio push › lirik lagu bishop-price – audio push
- kumpulan lirik lagu triangle park › lirik lagu i’m never alone, long as i have my phone – triangle park
- kumpulan lirik lagu proper usa › lirik lagu idfwa (art school) – proper (usa)
- kumpulan lirik lagu national trip › lirik lagu déjame llamarte igual – national trip
- kumpulan lirik lagu genie stupide › lirik lagu nouvel aire – génie stupide
- kumpulan lirik lagu boy nbn › lirik lagu mixed feelings – boy nbn
- kumpulan lirik lagu steve blockz › lirik lagu herobrine – steve blockz