lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu sibir qatarı – the muraz [az]

Loading...

[bənd 1]
son məktub, sözlər gəlmir ağlıma
yaş dolu gözlər amma sən ağlama
yaş olub hisslər, axır yanağıma
bu son məktubu saxlama
at getsin yaşa öz həyatını
sil xatirələri, mənim adımı
sev başqa birini ol onun qadını
sevgi ilə böyüt övladını

[nəqərat]
yaş dolur, gözlər düşür yadıma
ilk eşq, ilk öpüş dodaqlarıma
qaytarmaz yollar məni öz yarıma
sil göz yaşını ağlama
barmaqlar darardı zərif saçlarını
unut hər şeyi, unut baharı
dönüşü olmayan yerlərə aparır
yarını sibir qatarı
[bənd 2]
kaş gözündən axan yaş olaydım
qəlbə ölüm yox, sevgi dolaydı
bu soyuq qan qoxan zindanlar yerinə
kaş yenə o bağ olaydı…
burda insan onlar üçün heçdir
qışı azərbaycandakı kimi deyil
burda qış heç zaman keçmir
kimin yolda öldürdü sibir qatarı
koridorlar ölümə aparır
yalvaran insanlar və güllə səsləri
deyir çətin ki, biz geri qayıdarıq
güllələnmə vaxtı 20:00 tam
səni məndən alan dünya heç kimə verməz aman
unut hər şeyi və get yoluna
çalış səbr et bir də yorulma
yəqin dünyadan köçən ruhum, səmada qovuşa biləcək öz yarına
ayaq səsləri, yəqin vaxtımdır
güllələnmə heç vaxt təxirə salınmır
bu son məktubumu adımdan çatdır barı
yarıma, sibir qatarı

[nəqərat]
yaş dolur, gözlər düşür yadıma
ilk eşq, ilk öpüş dodaqlarıma
qaytarmaz yollar məni öz yarıma
sil göz yaşını ağlama
barmaqlar darardı zərif saçlarını
unut hər şeyi, unut baharı
dönüşü olmayan yerlərə aparır
yarını sibir qatarı

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...