lirik lagu connect – tibu km
[bənd 1] [tibu]
mən yazanda yazıram həqiqətdən
həqiqət də seçilmir təriqətdən
təriqətim səliqə düzür hərəkətdən
mənə tərəf nəsə gəlirdi diqqətlə
yaxşılar da edir oğraş hərəkətlər
çörək dizlərindədir, bərəkət də
hərəkətdən bərk, tibu meydana gəlir
düzlənin hamınız, qalın fərəqətdə
əcəb vilayətdir, rədif bükürəm
əcəl itaət edir, hərif sökürəm
gecə bədahət gələndə hirs tökürəm
təkcə ibadət edəndə diz çökürəm
bu yaşam aparır tək hüzürə
baş daşa öyrəşib, bədən dözümə
“bu meydan, bu da şeytan” demişəm
bu meydanda şeytan özüməm
bu hələ heç nə, var hələ bonuslarım
bu mənim “mic” önündə elədiyim fokuslarım
elə bil koks dadır dəli paradokslarım
tibu vercinə almır heç bir “popstar”ı
uzadılan əllərə verib yardım
hələ 10 il… olacaq 10 il ardı
oynadırıq beyin kapilyarını
bax, bu işdə “толпа”mız populyardır
[bənd 2] [tefo]
bacarın, çəkilin önümüzdən
gedirik baxaraq önümüzə
görsənir ölülər gözümüzə bizim
gözə almışıq biz ölümü də
əfəl bir nəfər
dəyişir özünü hər dəfə
hər səfər boyun əyirsiniz
göz yumursunuz hər səhvə
de… düzünü de
özünü tutub və üzünə de
danışığın axır sel kimi
divara yazılan “мел” kimi
sənətiniz də pozdandır
ayağa batan tozdandır
and iç, sonra poz andı
kürəyə zərbə dostdandır
[bənd 3] [xoff]
havada var hip*hop, köhnə məktəb ətri
buraxdığım yaşıl tüstü mənə tək təb gətirir
qarşı çıxanları hüzuruma tək*tək gətirin
hərəsinə bir*iki tüstü verib qətlə yetirim
hamını bir*bir qova*qova
sətirlər çıxıb ova
hədəfdə siz, mən kazanova
mafonda bir az da xod ver xoff*a
trek bitdi? et repeat
biz “trip” tuturuq, siz “tripit”
qalmadı youtube*da “free beat”
qafiyəm sənə kredit
mc*lər axtarır investor
söz güllədir, qələm “winchester”
çıx duelə, bax hələ kim tez vurur
çalacaq son marşını orkestr
al apar
sözlərim səni tapar
üstünə cumar, qapar
al, bu da üstünə qapaq
[bənd 4] [buzz]
yenə mənə qələminin qüvvətinin primitiv
sürətini göstər hər tipin
səndə baş gedib…
başın kimi boşdur cibin
sənin ömrün bitir bir kəlməlik
mənim bir günüm ayrı bir gündəlik
sənin yaşayışın hüseynin “vine”i kimi
var, amma deyil gülməli
dəlidir buzz (dəlidir buzz)
səpirdi duz (səpirdi duz)
hərçənd bu həyat xərçəng
bir o qədər xərc çək, bir anda da xərclə
xətt çək!
öncə həcmini ölçək sətrinin
çökək mənanın gerçək sətrini
(məncə) mənə bağışlamaq sərf edir
amma bağışlamıram heç kimin səhvini
lirik lagu lainnya :
- kumpulan lirik lagu rihanna › lirik lagu rude boy (remix) – rihanna
- kumpulan lirik lagu rico dalasam › lirik lagu não é comigo – rico dalasam
- kumpulan lirik lagu the different class › lirik lagu lust – the different class
- kumpulan lirik lagu aiva › lirik lagu corner – aiva
- kumpulan lirik lagu olsem › lirik lagu vie en rose – olsem
- kumpulan lirik lagu pete germ › lirik lagu everything around me – pete germ
- kumpulan lirik lagu sabinshii › lirik lagu killing ophelia – sabinshii
- kumpulan lirik lagu milesingle › lirik lagu for the sake of the night – miles/ingle
- kumpulan lirik lagu chloe green › lirik lagu see you soon – chloe green
- kumpulan lirik lagu backwood boy › lirik lagu i got some drip – backwood boy