lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu magistral – tibu km

Loading...

[bənd 1]
magistral… uzun saçlar…
yavaş addımlayır, əlində çanta
düz bir ildir yoxdur onla ünsiyyət
çıxacaq univer*dən indi, minəcək taksiyə

heç yuxularıma da o gəlməyib
ona həsr etdiyim mahnıları dinləməyib
bəlkə yaxınlaşsam, salam verər əlsiz
sevdiyim olub, amma olmadı heç şəklimiz

səni yazmaq, şam sönənə kimi
inanmıram sevgi olur ölənə kimi
səhifə maraqlı kitabda çönənə kimi
əslində darıxmırdım onu görənə kimi

həyəcanlıyam, addımlar itirir səmti
yaxınlaşır get*gedə onun ətri
qüruruma dedim, küsdük, qürurla dalaşdıq
ciyərimə aldım tüstü və qarşılaşdıq

[nəqərat]
nə var, nə yox? niyə görsənmirdin?
yoxluğum deyəsən xətrinə dəymirdi
mən uzaqlaşmışdım, həyatına dəymirdim
hələ də köhnə evdəyəm, niyə gəlmirdin?
nə var, nə yox? niyə görsənmirdin?
yoxluğum deyəsən xətrinə dəymirdi
mən uzaqlaşmışdım, həyatına dəymirdim
hələ də köhnə evdəyəm, niyə gəlmirdin?

[bənd 2]
denən ki, ürəyin çatlaq olub
denən, qədrini bilmirdi, sevdiyin alçaq olub
de ki, sevinirdin, kariyeram parlaq olub
efirdə məni görüb, ağlamalı günlər olub

otururdu sıxaraq dizlərini
rəfiqələri məndən danışanda dolurdu gözləri
de ki, özün də istəyirdin məni görməyini
hər gecə yatırdın qucaqlayaraq köynəyimi

sağlığına içmək hər gün 50*50
de ki, məndən başqa dəymədi sənə kiminsə əli
bilirdim, valideynin mənə çətin razı olar
qaçaq desəm, sən qaçırmağıma razı olan

seyr edirdim ona, rahatlaşırdım
məndən gizlət ki, nişanlın adaşımdır
gedək, oturaq hardasa, durmayaq yolda
nəysə, görürəm üzün gülmür, qoy gedim onda
[nəqərat]
nə var, nə yox? niyə görsənmirdin?
yoxluğum deyəsən xətrinə dəymirdi
mən uzaqlaşmışdım, həyatına dəymirdim
hələ də köhnə evdəyəm, niyə gəlmirdin?

nə var, nə yox? niyə görsənmirdin?
yoxluğum deyəsən xətrinə dəymirdi
mən uzaqlaşmışdım, həyatına dəymirdim
hələ də köhnə evdəyəm, niyə gəlmirdin?

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...