lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu güzgü – tünzalə

Loading...

güzgü lyrics
[bənd 1]
bu güzgüyə bir vaxt qoşa baxardıq
bu güzgüdə yerin indi boş qalıb
bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?

göz yaşların canındadı, bəlkə də
damla*damla əriyəcək bu güzgü
bu güzgü
bir gün sənin ayağınla dünyada
ayaq açıb yeriyəcək bu güzgü
bu güzgü

[nəqərat]
bəlkə, səni axtaracaq, gəzəcək
milyon*milyon adamların içində
görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində

[bənd 2]
qaçacaqsan bu güzgünün əlindən
dönəcəksən o döngəyə, bu tinə
adamları, maşınları, evləri
atacaqsan bu güzgünün cənginə

yenə, yenə doymayacaq bu güzgü
bu şəhəri udub, udub gələcək, gələcək
səni gözdən qoymayacaq bu güzgü
yeri*göyü tutub, tutub gələcək, gələcək
[nəqərat]
bəlkə, səni axtaracaq, gəzəcək
milyon*milyon adamların içində
görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində

bəlkə, səni axtaracaq, gəzəcək
milyon*milyon adamların içində
görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində

[çıxış]
bu da belə bir nağıldı yalandan
sən ki, yoxsan, getdiyin o gedəndi
bu güzgü də yerindədi, yerində
bu güzgü də yenə sağdı, bütövdü

sınan güzgü axı bir də calanma
bəlkə tanrı özü görüb bu işi
bu güzgünün hər tikəsi bəlkə də
damla*damla göz yaşınla bitişib, bitişib

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...