lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu yenidən – vlxx

Loading...

[verse 1: xxtasy]
bəlkə də aylar ötər, səni yaşada bilmərəm qəlbimdə
bəlkə də vaxtı gələr, göz*gözə gələrik şəhərin pis küçəsində
bəlkə də ağlına düşər və boğar qəhər, düz keçərik yanımızdan
necə keçdi il yarım aramızda, yan*yana gəlmədi heç adımız da

mən yenə olmuşam ağlayan hər körpənin o aciz səsi
əsas deyil ki, bu bədəndə olsun, ruhuma düşübdür bərbad kəsik
bizdən qalmadı bizlik, axı dönüşmüşük, indi hamı kimi hər kəsik
qalmadı hörmət pərdəsi, ona görə alıbdır məni yerə dərd əsir

məni tamamlayır sənin ətrin, necə məscidi bəzəyir minarələr
uzaq ol hər bir şeydən, istər yalan, istərsə də kinayədən!
varım yox, nə də ki, evim yox, səninlə yaşayacam elə kirayədə
mənim hekayəmsən, ona görə maraqsız “insta”ya atılan hekayələr

üzülmə mənə görə, yaxşı olar, bəlkə də əla olar sənçün
islatma göz yaşında yastığını, başqa cür yaşanacaq hər gün
yeni həyat başlayır, gülməyə görə həyata dirən ki
söz ver, yaşamayacaqsan düşənlər kimi
dünənlər saldı ikimizi didərgin!

[chorus: xxtasy]
sakit, sakit baxır üzümə
açıqcası çox özümdə deyiləm düzü mən
yenidən sən, yenidən mən, yenidən biz, ha!
yenidən sən, yenidən mən, yenidən biz, ha!
sakit, sakit baxır üzümə
açıqcası çox özümdə deyiləm düzü mən
yenidən sən, yenidən mən, yenidən biz, ha!
yenidən sən, yenidən mən, yenidən biz, ha!

[verse 2: vlxx]
(a*a*a*a…) əli nə edir bilirsən heç?
nəşəli və yalnız, çünki o, yalnız nəşəlidir yalnız, o*o*o…
qapısını qapadıb, pəncərəsi bağlı
içməli olduğu bütün dərmanları atdı
əlləri çox açıq (a*a*a…)
dili isə bağlı, o*o*o…

və yatmağın vaxtı gəlir, bax saata
onsuz marağın yox daha həyata
hər gecə gözünü bir günə yox
hər günə yummaq üçün gir yatağa

və ailəndən başqa, olmaz heç vaxt gözləyənin bir də
mənim ailəm olmadı heç, ona görə gözləmə məni heç yerdə

guya yeni günə oyandın bu gün?!
eyni boz küçə! eyni boz səma!
eyni boz bulud! eyni boz divar!
necədir son durum?! neçədə durmusan?!
mənimlə böl!
birazca ağla! içini boşalt!
bu gün son günün, gününü yaşa!
inanc öldümü?! baxırsan aşağı
ürək buz kimi o dönüşür daşa!

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...