lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu bakı – xanım ismayılqızı

Loading...

[bənd 1]
körpələrə beşik, gənclərə sirdaş
küçələr, döngələr sirlərlə dolu
gələcəyə gedən hər kəsə yoldaş
bakıdan keçəcək dünyaya yolun

[keçid]
abşeron bağları tarix kimidir
ağ*qara şanısı meynələrində
içərişəhəri qədimdən qədim
xəzər pıçıldayır hər səhərində

qara gecələri sehrli aləm
ruhumu oxşayır küləkləriylə
gözəl rəssam kimi əlində qələm
çox əsər yaradıb sevgiləriylə

[nəqərat]
bakı * sən ilk sevgim, son məhəbbətim
bakı, şəhərlərin ən gözəlisən
bakı, səndə tapdım öz qismətimi
mənimçün dünyanın möcüzəsisən

bakı * sən ilk sevgim, son məhəbbətim
bakı, şəhərlərin ən gözəlisən
bakı, səndə tapdım öz qismətimi
mənimçün dünyanın möcüzəsisən
[bənd 2]
payızı ecazkar, qışı nağıldır
yazı da, yayı da ana qucağı
unudulmazların izləri qaldı
bakı xatırladır doğma ocağı

[keçid]
abşeron bağları tarix kimidir
ağ*qara şanısı meynələrində
içərişəhəri qədimdən qədim
xəzər pıçıldayır hər səhərində

qara gecələri sehrli aləm
ruhumu oxşayır küləkləriylə
gözəl rəssam kimi əlində qələm
çox əsər yaradıb sevgiləriylə

[nəqərat]
bakı * sən ilk sevgim, son məhəbbətim
bakı, şəhərlərin ən gözəlisən
bakı, səndə tapdım öz qismətimi
mənimçün dünyanın möcüzəsisən

bakı * sən ilk sevgim, son məhəbbətim
bakı, şəhərlərin ən gözəlisən
bakı, səndə tapdım öz qismətimi
mənimçün dünyanın möcüzəsisən
mənimçün dünyanın möcüzəsisən
bakım, sən dünyanın möcüzəsisən…

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...